Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:53

-

Kiyev bildirir ki, Rusiyadan bəzi ərzağın idxalına qadağa qoyacaq. Bu, Moskvanın oxşar addımlarına cavab olaraq həyata keçiriləcək.

Ukraynanın baş naziri Arseny Yatseniuk dekabrın 30-da hökumətin iclasında deyib ki, “Rusiyanın hər bir addımına qarşı Ukrayna cavab tədbirləri görəcək”.

Ukrayna İqtisadiyyat və Ticarət Nazirliyi dekabrın 29-da bildirib ki, yanvarın 10-dan idxalı qadağan olunacaq 43 məhsulun siyahısı hazırlanıb. Siyahıya ət və süd məhsulları, alkoqol, dəmiryol avadanlığı, lokomotivlər daxildir.

Kreml bu ayın əvvəlində Ukrayna ilə azad ticarət zonasının ləğvini anons etdi. Səbəb isə Kiyevin Avropa Birliyi ilə azad ticarət sazişi bağlaması idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG