Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:09

-

Moskva ötən ay vurulmuş Rusiya təyyarəsinin pilotunu öldürmüş türkmanın həbsinə çağırır.

“Türk hakimiyyətindən tələb edirik ki, Alparslan Celik və ona yardım etmiş şəxslərin saxlanması üçün dərhal tədbir görsünlər və onlar rusiyalı pilotun qətlinə görə məsuliyyətə cəlb olunsunlar”, Xarici işlər nazirliyinin sözçüsü Maria Zakharova dekabrın 30-da bildirib.

Dekabrın 27 Türkiyənin “Hurriyet” qəzetinə müsahibə verən Celik adlı türkman üsyançı pilotu öldürdüyünü birbaşa deməsə də, “intiqamın ən təbii haqq” olduğunu dilə gətirib. O, “hər gün türkmanlara bomba atan bir şəxsə görə vicdanının sızıldamadığını” da söyləyib.

Türkiyənin hava məkanını pozduğunu deyərək vurduğu Su-24 bombardmançısının hər iki piloti katapult edib, ancaq biri öldürülüb.

Zakharova deyib ki, Celik-in sözləri “rusiyalı pilotin qətlində birbaşa iştirakın” etirafıdır, bu, Moskvanı qəzəbləndirib və təəccübləndirib.

O, “Hurriyet” qəzetini “terrorçuların və cinayətkarların öz cinayətləri barədə lovğalandığı, Rusiyaya qarşı nifrət yaydığı platforma” adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG