Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:14

Almaniyada futbolçu Məsut Özilin ögey bacısı olduğunu iddia edən bir nəfər ortaya çıxıb.

Qol-az-ın yerli mətbuata istinadla yazdığına görə, 25 yaşlı Denise K. Adlı qadın Özilin atası Mustafa Özilin qızı olduğunu deyir və bunu sübuta yetirmək üçün məhkəməyə müraciət edib.

1 uşaq anası olan Denise Məsutun və ailənin digər üzvlərinin ondan xəbərdar olduqlarını deyir:

“Onlar hamısı mənə qarşı soyuqdurlar. Atam Gülizar Özillə evli olanda mənim anamla da münasibətdə olub. 11 yaşım olanda anam vəfat edib. Atam həmişə məni öz ətrafına tanışının qızı kimi qələmə verirdi. Bu isə mənə çox toxunurdu”-deyə o bildirib.

Denisenin məhkəmə iddiasına 2016-ci ildə baxılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG