Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:00

"Çelsi"nin qapıçısı Tibo Kurtua (Thibaut Courtois) mövsümün sonunda komandadan gedir.

Britaniya mətbuatının yazdığına görə, belçikalı qapıçı "Real" (Madrid) klubunda oynamaq istəyir.

23 yaşlı qapıçı "Real"lın rəhbərliyinə telefon açaraq onlarda oynamaq istədiyini bildirib.

Tərəflər arasında razılıq əldə olunsa, Kurtua yeni mövsümdən "Real"ın şərəfini qoruyacaq.

Müqaviləyə əsasən "Çelsi"nin oyunçusu olanKurtua 2011-2014-cü illərdə "Atletiko" (Madrid) klubunun şərəfini qoruyub.

Günün bütün mövzuları

XS
SM
MD
LG