Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:09

Rusiyanın 3 aydır ki, Suriyada keçirdiyi hava əməliyyatları zamanı 2300-dən çox dinc sakin ölüb.

Londonda qərarlaşan Suriya İnsan Haqları Mərkəzinin dekabrın 30-da yaydığı məlumata görə bu müddət ərzində 2 371 nəfərdən çox adam ölüb.

Monitorinq qrupu 180 uşaq da daxil olmaqla ölənlərdən 1/3-nin mülki sakinlər olduğunu bildirir.

Həmçinin ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner Vaşinqrtonda keçirdiyi brifinqdə bu müddət ərzində Suriyada dinc sakinlər arasında itkilərin xeyli artdığını bildirib.

Moskva əsas hədəfin “İslam Dövləti” yaraqlıları, ABŞ və onun müttəfiqləri isə həm də Suriya rejiminə qarşı vuruşan üsyançılar olduğunu deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG