Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:22

Rusiya hökuməti gələn il yanvarın 1-dən Türkiyə şirkətlərinə qarşı sanksiyalar tətbiq edir.

Siyahıya tikinti, arxitektura və mühəndis-texniki layihələr, turizm fəaliyyəti və digər sahələr daxildir.

Siyahı hökumətin rəsmi saytında yerləşdirilib.

Amma sənəddə deyilir ki, qadağa dekabrın 30-dək Türkiyə şirkətləri ilə imzalanmış müqavilələrə aid deyil.

Turkiyənin noyabrın 24-də Suriya sərhədində Rusiyanın SU-24 təyyarəsini vurmasından sonra iki ölkə arasındakı münasibətlər kəskin pisləşib.

Rusiya Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib, Ankara ilə birgə layihələrdən çıxıb.

Ankara təyyarənin ölkənin hava hüdudunu pozduğunu deyir.

Moskva isə təyyarənin Suriya ərazisində vurulduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG