Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:52

-

Dələduzluqda təqsirləndirilən tanınmış keçmiş futbolçu Maşallah Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

Qərar dekabrın 30-da Binəqədi Rayon Məhkəməsində çıxarılıb.

Bu barədə "Report" məlumat yayıb.

Maşallah Əhmədov dekabrın 14-də saxlanılıb, başqalarının 150 min manatını mənimsəməkdə ittiham olunur.

Binəqədi Rayon Məhkəməsi dekabrın 16-da Maşallah Əhmədov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçmişdi.

Maşallah Əhmədov 1977-ci ildən "Neftçi" klubunda oynayıb. 1995-ci ildə əsas millidə məşqçi, U-21-də isə baş məşqçi işləyib. 2008-ci ilin dekabrından İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG