Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:45

Rusiyada hər 4 alıcıdan 3-ü qiymətləri müqaisə elədikdən sonra mal alır.

Əhalinin təxminən yarısı isə yalnız ucuzlaşdırılmış mallara üstünlük verir.

Bu barədə RBK, “Sberbank CIB” in araşdırmasına istinadla məlumat yayıb.

Araşdırmaya görə rusiyalıların 70 faizi ucuz mala keçib ki, bu rekord həddir.

Araşdırmada bildirilir ki, rublun dollara nisbətdə düşməkdə davam eləməsinə baxmayaraq rusiyalılar əllərində olan pulu xilas eləmək üçün ötənilki kimiehtiyat üçün ərzaq və digər məhsullar almırlar.

Rusiyalılar indi həttta yeni ilə bir gün qalmış xərclərini azaltmağa çalışırlar.

Əhalinin 1/3-i hədiyyələr və yeni il süfrəsinə xərcləri azaltmaq, 20 faizi isə “delikates” ərzaqlardan tam imtina eləmək fikrindədir.

Rusiya statistika komitəsinin məlumatına görə, ölkədə pərakəndə satış dövriyyəsi illik 13 faiz azalıb ki, bu son 20 ildə ən pis göstəricidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG