Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:27

Yusiflə Anna-nın toyu oldu


Yusiflə Anna-nın toyu
Yusiflə Anna-nın toyu

-

Dekabrın 29-da azərbaycanlı tenor Yusif Eyvazovla dünyaşöhrətli opera müğənnisi Anna Netrebko-nun toyu olub.

Rusiya mediasının yazdığına görə, toy mərasimi Avstriyanın paytaxtı Vyanada baş tutub.

Mərasim ən yaxın dostların çağrıldığı «Koburq» otelində başlayıb. Daha sonra başqa qonaqların da dəvət olunduğu Lixtenşteyn sarayında davam edib.

Yeni evlənənlər saraya karetada gəliblər.

Toyda xeyli sayda tanınmışlar iştirak edib.

Rusiya estradasının ulduzlarından başqa, Lixtenşteyn sarayındakı mərasimə əfsanəvi tenor Placido Domingo da qatılıb.

Yusiflə Anna ilk dəfə bir neçə il öncə Romada Puccini-nin operasının tamaşasında bir araya gəliblər.

Ötən il onlar evlənmək haqqında qərarlarını açıqlamışdılar.

Bu cütlüyün ilk nikahıdır.

Anna Netrebko-nun vətəndaş nikahından bir oğlu var.

«Adaxlım Azərbaycandandır. Orda da toy insan həyatında ən önəmli hadisədir»-təmtəraqlı toy istəməyən Anna Netrebko oktyabrda mediaya belə demişdi.

Toyda Azərbaycandan qonaqlar-Polad Bülbüloğlu, Əbülfəs Qarayev və Fərhad Bədəlbəyli də iştirak edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG