Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:10

-

Kiyev Krım şərablarının hərraca çıxarılmasına qarşı hüquqi tədbir görməklə hədələyir. Belə ki, Rusiyanın anneksiya etdiyi Krım ərazisində şərab istehsalçısı 13 min şüşə əla növ şərabı hərraca çıxarmağa qərar verib.

Ukrayna kənd təsərrüfatı nazirliyinin rəsmisi Oleksandr Live dekabrın 29-da Frans Presə deyib ki, Massandra zavodu “Ukrayna irsini dağıdır” və Kiyev bu iş üzrə məhkəmə davası aça bilər.

Onun sözlərinə görə, bu şərabları alan Rusiya və xarici kolleksiyaçılar “ilhaq olunmuş Krımda qanunsuz iqtisadi hərəkətlərə görə beynəlxalq sanksiyalarla” üzləşə bilərlər.

Massandra şərab şüşələrini elə zavodda və onlayn satışa çıxarıb. Onlardan bəziləri 1935-ci ildə hazırlanıb.

Əfsanəvi şərab zavodu sentyabrda da qalmaqal yaradıb. Rusiya prezidenti Vladimir Putin və İtaliyanın keçmiş baş naziri Silvio Berlusconi-nin 240 illik, 100 min dollar dəyəri olan şərabı içməsi barədə məlumatlar yayılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG