Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:46

-

Naxçıvanda Arazboyu yasaqlığında daha bir erkək bəbirin fotoşəkilləri qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumata görə, bu, Muxtar Respublika ərazisində görüntüyə gələn sayca dördüncü bəbirdir.

Mütəxəssislər son 4 ildə Qafqaz bəbirlərinin Azərbaycan ərazisində öz areallarına qayıtması prosesinin intensivləşdiyini bildirir.

Buna qədər bəbirlərin görüntüləri 2012-ci ilin sentyabrında, 2013-cü ilin fevral-mart aylarında və 2014-cü ilin yanvarında Zəngəzur Milli Parkında, 2012-ci ilin oktyabrında və 2013-cü ilin mayında isə Hirkan Milli Parkında qeydə alınıb.

2000-ci illərin əvvəlinə kimi Azərbaycanda bəbirin mövcudluğu barədə ciddi elmi məlumat olmayıb. Lakin son 15 ilin tədqiqatları Azərbaycanda bəbir populyasiyalarını 3 ərazidə -Hirkan meşələri, Naxçıvan MR ərazisi və Mingəçevir su anbarının ətrafındakı arid landşaftlarda müəyyən etməyə imkan verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG