Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:10

-

«Azadlıq» qəzeti yazır ki, MTN polkovniki İlqar Əliyevin həbsxanada ölümündən sonra kamerada ona məxsus qara bloknot tapılıb:

«Kürdəxanı təcridxanasının rəhbərliyi dərhal bu barədə «yuxarılar»a məlumat verib. Bundan sonra MTN-in yeni rəhbərliyindən bir neçə nəfər təcridxanaya gəlib və həmin bloknotu götürüblər. Bloknotda nə yazıldığı barədə konkret məlumat yoxdur. İlqar Əliyevin intihar etdiyi bildirilir. Rəsmi məlumata görə, o, saxlanıldığı kamerada mələfə ilə özünü asıb. İlqar Əliyev Eldar Mahmudovun yaratdığı şəbəkənin ən önəmli fiqurlarından biri olub. Demək olar ki, şəbəkənin əksər cinayətlərində İlqar Əliyev ən yaxşı halda sifarişçi ilə icraçının arasında vasitəçi rolu oynayıb. Bundan başqa İlqar Əliyev QHT və media sektorunda, o cümlədən siyasi təsisatlarda agentura şəbəkəsinin kuratoru olduğu deyilir. İlqar Əliyevin ölümündən sonra onun kamera yoldaşı olduğu bildirilən Manaf Paşayev adlı dustaq da intihar edib. Başqa bir maraqlı fakt isə Ilqar Əliyevin rəisi Elçin Quliyevin məhz onun ölümündən sonra həbs olunmasıdır. Bütün bunlar isə İlqar Əliyevin ölümü ilə bağlı müxtəlif mülahizələrə səbəb olub».

Astara gömrüyü.

Astara gömrüyü.

İRANA ƏRZAQ ALMAĞA GEDƏNLƏR ƏLİBOŞ QAYIDIR

virtualaz.org saytı yazır ki, İrana ərzaq almaq dalıyca gedən cənub bölgəsinin əhalisi manata münasibətin dəyişdiyini görür. Bu haqda sayta sakinlər məlumat verib:

«İranlı sahibkarlar bizim manata həvəssiz mal satırlar, bundan hətta imtina edirlər. Artıq İranın ərzaq mağazalarında da əvvəllər sabit olan manat azı 50 faiz dəyərdən düşüb. Kilosunu əvvəllər 2 manat 20 qəpiyə aldığımız kəsilmiş toyuğun qiyməti 3 manat 20 qəpiyə, 5 manat 50 qəpiyə aldığımız çay 8 manata qalxıb. Bananın qiyməti 1 manat 20 qəpikdən 1 manat 80 qəpiyə, sosiska 2 manat 50 qəpikdən 3 manat 80 qəpiyə, kişmiş qiyməti 2 manatdan 3 manat 80 qəpiyə qalxıb. Bircə kartofun qiyməti nisbətən sərfəlidir - 1 kilosu 40 qəpiyədir. Amma kartof əvvəllər 20 qəpiyə idi, biz də gətirib 60 qəpiyə satırdıq. Ona görə də İrana artıq ərzaq dalınca getmək sərf etmir. Çünki bu qiymətə alıb Azərbaycana gətirdiyimiz ərzağı qısa müddətə satıb yenidən mal dalınca getmək mümkün olmayacaq».

Bakının mərkəzində valyutadəyişmə məntəqələri

Bakının mərkəzində valyutadəyişmə məntəqələri

«QARA BAZAR»I KİM YARADIR?

«Bizim Yol» qəzeti yazır ki, bütün dövrlərdə «qara bazar» mövcud olub və yalnız öz «qaydaları» ilə işləyib:

«Manatın bu ilin fevral ayındakı devalvasiyasına qədər təkcə Abşeron yarımadasında (Bakı və Sumqayıt şəhərləri daxil) 1000- dən artıq adam mütəmadi qaydada qeyri-leqal valyuta mübadiləsi ilə məşğul olub. Heç şübhə yoxdur ki, fevral devalvasiyasından sonra onların sayı bir qədər də artıb, fəaliyyətləri isə daha da genişlənib. Dekabrın 21-dən sonra isə onlar bu qara fəaliyyəti bir növ «leqallaşdırmaq» yolunu tutmaq istədilər. Manatın üzən məzənnəyə keçməsi və onun birdən-birə 47% dəyər itirməsi bu prosesdən sonrakı ilk bazar günü həmin «qara alverçilər»in 1990-cı illərin əvvəllərindəki kimi açıq-aşkar şəkildə meydanlara çıxmasına münbit şərait yaratdı».

«MANATIN SABİTLİYİNİ BİZİM NİKBİNLİYİMİZ TƏMİN EDƏ BİLƏR»

«Azərbaycan» qəzeti yazır ki, manata inanmaq, onu qorumaq lazımdır:

«İstənilən əşyanı evinizdən götürün atın bayıra, o, təzə olsa da, soyuğun və ya istinin təsirindən tez bir zamanda sıradan çıxıb zay olacaq. Amma əlinizin altında saxladığınız, qoruduğunuz, qədrini bildiyiniz hər bir şey uzun müddət görkəmini, dəyərini itirməyəcək və sizə sədaqətlə uzun müddət qulluq edəcək. Pul da belədir: onun dəyəri təkcə dövlətin atdığı addımlardan deyil, həmçinin hər bir ölkə vətəndaşının öz milli valyutasına şüurlu münasibətindən asılıdır. Səbirli, uzaqgörən olmağı bacarmalıyıq. Pulumuzu da bizdən savayı kimsə qorumayacaq. Manatın başını buraxıb dolların küyünə gedənlər də vəziyyətdən çıxış yolunu tapanlar deyil. Çıxış yolu ağlımızın cilalanmasından, dünyada cərəyan edən hadisələrdən baş çıxarmağımızdan və iqtisadi savadımızdan keçir. Bir də milli valyutamızın təəssübünü çəkib qorumalıyıq, onu uca tutmaq lazımdır, dolların ayağına atmaq olmaz».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG