Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:12

-

Moldova Konstitusiya Məhkəməsi Ion Sturza-nın baş nazir postuna nominasiyasını qüvvədə saxlayıb. Qərar dekabrın 29-da çıxarılıb.

Sturza-nın namizədliyinə qarşı çıxan bir qrup deputat məhkəməyə müraciət etmişdi. Onlar prezident Nicolae Timofti-nin parlamentlə məsləhətləşmədən bu namizədliyi irəli sürdüyünü, bununla da səlahiyyətini aşdığını bildirirlər. Sturza qərbyönlü biznesmendir.

Məhkəmə etirazı əsassız sayıb. Qərarda deyilir ki, prezident bir nəfərin namizədliyini verə bilər və həmin namizəd parlamentdə çoxluğun səsini qazanmalıdır. Ancaq prezidentin irəli sürdüyü namizəd üçün öncədən razılıq almasına ehtiyac yoxdur.

Səsvermə yanvarın 4-də keçiriləcək. Parlamentin dəstəyini qazanmağa çalışan Sturza dekabrın 28-də vəd edib ki, ölkədə böyük bank qalmaqalına gətirmiş korrupsiya ilə mübarizə aparacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG