Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:58

FHN əhaliyə müraciət edib


-

Fövqəladə Hallar Nazirliyi (FHN) 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində və bayram günlərində gücləndirilmiş iş rejiminə keçib.

Nazirliyinin məlumatında deyilir ki, bu, mümkün hər hansı fövqəladə hadisənin qarşısının daha operativ alınması və nəticələrinin daha çevik aradan qaldırılması üçündür.

Nazirlik qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət də edib. Nazirlik bildirir ki, dəm qazı iysizdir, hiss edilmir. Baş ağrısı, baş gicəllənməsi, ürək bulanması və halsızlıq dəm qazından zəhərlənmənin əlamətləridir. Ona görə də dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır.

Dəm qazını yaranmaması üçün nazirliyin tövsiyələri də var:
-qaz cihazı saz və standartlara uyğun olmalı;
-cihaz yerləşən məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;
-havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;
-hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;
-tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG