Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:45

Parlament həmçinin 86 leyhinə, 28 əleyhinə nisbətilə yeni hökumətin tərkibini də təsdiq edib.

Gürcüstan parlamenti keçmiş xarici işlər naziri Giorgi Kvirikashvili-ni ölkənin baş naziri təsdiq edib.

Kvirikashvili bu vəzifəyə hakim “Gürcüstan arzusu” partiyası tərəfindən təqdim olunmuşdu.

Parlament həmçinin 86 leyhinə, 28 əleyhinə nisbətilə yeni hökumətin tərkibini də təsdiq edib.

Bundan əvvəl, dekabrın 28-də Kvirikashvili və nazirliyə namizədlər millət vəkillərinin suallarına cavab veriblər.

48 yaşlı Kvirikashvili bəyan edib ki, Gürcüstan Avroatlantika inteqrasiyası yolunu davam etdirəcək.

O əlavə edib ki, Tbilisi “Gürcüstanın ərazi bütövlüyünə hörmət şərtilə” Moskva ilə praqmatik əlaqələr quracaq.

Yeni baş nazir ali təhsilini ABŞ-ın İllinoys Universitetində alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG