Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:37

Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin prezident Vladimir Putin və digər rəsmilərlə maliyyə naziri vəzifəsinə dönməyi müzakirə edir.

Bu barədə dekabrın 29-da “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, söhbət pisləşməkdə olan iqtisadi vəziyyətin öhtəsindən gəlməkdən gedir.

“Bloomberg” in məlumatına görə, Kudrin ötən həftə baş nazir Dimitry Medvedevlə görüşüb, amma hələlik elə bir rəsmi təklif edilməyib.

Məlumata görə qərar gələn ilin əvvəllərində qəbul edilə bilər.

Aleksey Kudrin 2000-2011-ci illərdə Rusiyanın maliyyə naziri olub.

Amma həmin vaxt prezident olan Medvedevlə fikir ayrılığına görə kabinetdən gedib.

O hazırda prezidentin yanında İqtisadi Şura Rəyasət Heyətinin üzvüdür.

Kudrin vaxtaşırı ölkə iqtisadiyyatı ilə bağlı proqnozlar verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG