Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:54

“Əsl fırıldaqçılar yalnız Bakıda yetişir”


Kitab
Kitab

-

İlk dəfə 1920-ci ildə çap olunmuş Məhəmməd Əsəd bəyin "Şərqdə neft və qan" (1920) əsərindən Çərkəz Qurbanlının tərcüməsində bir parça:

"Rus tacirləri arasında belə bir kəlam var: “Bakıda bir il neft sahibkarları arasında yaşayan adam ömründə dürüst adam ola bilməz!” Azərbaycana yola çıxarkən vəsiyyətlərini edən şərafətli Peterburq tacirləri belə deyirdilər.

Nisbətən az şərafətliləri isə, əksinə: “Əsl fırıldaqçılar yalnız Bakıda yetişir” deyirdilər və neft şəhərinin öz sıralarında başqalarına dözməyən yetirmələrinə paxıllıqla baxırdılar.

Bu cümlələrdə mübaliğə azdır, çünki Bakıda nəsə bir iş görmək yabançı üçün doğrudan da mümkünsüz idi. Neft icması hər bir yabançını məmnuniyyətlə aldadan qapalı cəmiyyətdir.

Şərqin və Qərbin aldatma üsulları vahid xalis kommersion taktikada birləşdirilmişdi. Heç nədən qorxub çəkinmirdilər; heç nədən və heç kimdən çəkinməyə lüzum yox idi, axı sən haqla nahaqqın çoxdandır elastik məfhuma çevrildiyi Şərqdəsən.

Ədalət anlayışı ümumiyyətlə yox idi, bu mərəzi indi də özlərinə rəva bilən yekələrdə bəlkə də qalmışdı. İki yüz on səkkiz neft sahibkarı arasında ən çox onunu tapardın ki, onları aldatmaqdan çəkinirdilər, çünki yalanı ölümlə cəzalandırmaq üçün onlar kifayət qədər güclü idilər və kimisə aldatmağa da özlərinin ehtiyacı yox idi.

Bu onluğa səkkiz müsəlman, bir erməni və Nobel familiyalı məşhur isveçli daxil idi.

Nobel Bakıda yeganə insan kimi Şərqin mübarizə üsullarına nifrət edirdi və haqlı olaraq deyirdi ki, avropalılar daha uğurludurlar.

Avropa baxışlarına görə, bu neft xaqanlarının əksəriyyəti həbsxanalıq idi. Fəqət bu, qısaca bir çabanın tez bir zənginliyə çevrildiyi dünyanın hər yerində hökm sürən hal idi. Meksikanın, Venesuelanın neft mədənlərində də, Alyaska və Klondikanın qızıl yataqlarında da, Cənubi Afrikanın zümrüd axtarışlarında da həmin münasibətlər, həmin qəddarlıq, yalan və hiylə hökm sürür ki, onların vasitəsilə bir ovuc aferist yeni çırpışdırdığı sərvəti qoruya bilir.

Birinci nəsil hər yerdə eyni olur, bəlkə o, Bakıda başqa yerlərlə müqayisədə hətta xeyli yaxşı idi, çünki sahibkarların bir qismi köhnə feodal bəylərdən çıxmışdı və müəyyən mədəniyyəti onlar özlərilə neft sənayesinə gətirmişdilər..."

Kitabın tam mətni üçün bura keçin.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG