Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:31

2016-cı ildə Ermənistan hökumətində ixtisarlar aparılacaq.

Bunu dekabrın 26-da jurnalistlərə baş nazir Ovik Abramyan deyib.

Amma o bunun hansı nazirliklərə şamil ediləcəyinə aydınlıq gətirməyib.

Nazir qeyd edib ki, məqsəd artıq xərcləri azaltmaqdır, biz bütün maliyyəni səmərəli proqramlara yönəltməliyik.

Abramyan həmçinin qeyd edib ki, iqtisadi artım nəzərdə tutulduğu kimi 4,1 yox, təxminən 3 faiz olacaq.

Baş nazir buna səbəb kimi regional və beynəlxalq iqtisadi inkişafı göstərib.

Amma baş nazir avqustda çox nikbin danışırdı.

İqtisadi şərhçi Ayk Gevorkyan deyir ki, bu göstərir ki, hakimiyyətin ilin əvvəllərində nəzərdə tutduğu proqramlar reallaşdırılmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG