Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:27

“Sən hansı haqla Türkiyənin cənub-şərqində, bu bölgələrdə dövlət yaratmaqdan danışırsan”.

Bunu Türkiyə prezidenti Racep Tayyip Erdogan dekabrın 29-da İstanbulda keçirdiyi mətbuat konfransında kürdpərəst “Xalq Demokrat Partiyası”nın rəhbəri Demirtashin dekabrın 26-27-də kürd qruplarının toplnatısında çıxışına münasibət bildirərkən deyib.

Demirtash toplantıda çıxış edərkən əsasən kürdlərin yaşadığı həmin bölgəyə daha geniş səalhiyyətlər verməyə çağırıb.

Erdogan həmçinin Demirtashın bu günlərdə Moskfaya səfəri zamanı çıxışını xəyanət adlandırıb.

Qeyd edək ki, Demirtaş Moskvaya səfəri zamanı Türkiyənin noyabrın 24-də Suriya sərhədi yaxınlığında Rusiyanın hərbi təyyarəsini vurmasını pisləyib.

Xatırladaq ki, Rusiya həmin insidentdən sonra Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib, Ankara ilə birgə layihələrdən çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG