Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:23

►"Qanunsuzluq baxımından bu hökmün analoqu yoxdur"

Hüquqşünas Əlayif Həsənov cəzalandırıldığı işi Avropa Məhkəməsinə çıxaracaq. O, Kürdəxanıdakı istintaq təcridxanasında insan haqları fəalı Leyla Yunusla eyni kamerada saxlanılmış dustaq Nuriyyə Hüseynovanın iddiası əsasında cəzalandırılıb və Vəkillər Kollegiyasından çıxarılıb. Bu barədə AzadlıqRadiosuna Əlayif Həsənov özü bildirib.

"ANALOQU OLMAYAN HÖKM"

Dekabrın 29-da Ali Məhkəmədə Əlayif Həsənovun Yasamal Rayon Məhkəməsinin Nuriyyə Hüseynovanın iddiası əsasında çıxardığı hökmdən kassasiya şikayətinə baxıldı. Hökmə əsasən, Əlayif Həsənov Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələrilə təqsirli bilinərək, 240 saat ictimai işlər cəzasına məhkum edilib.

Hakim İmran Hacıbəyovun sədrliyilə keçirilən məhkəmə iclasında Əlayif Həsənov bildirdi ki, barəsindəki hökm çox ciddi qanun pozuntularına yol verilməklə çıxarılıb:

"Qanunsuzluq baxımından bu hökmün analoqu yoxdur. Bəlkə də Azərbaycan məhkəmələrinin tarixində yeganə qərardır ki, hakimin müşavirədə olarkən yeni sənədlər aldığı və bu səbəbdən icraatı təzələdiyi hökmdə yazılıb. Halbuki, hakim müşavirədə olarkən nəinki yeni sənədlər ala bilməz, heç telefonla danışmamalıdır".

Buna da bax: Tanınmış futbolçu ilə bağlı istintaq yekunlaşdı

“PRİORİTET QAYDADA BAXILMASINI İSTƏYƏCƏM”

Əlayif Həsənovun sözlərinə görə, həmin hökm ingilis dilinə tərcümə olunaraq, beynəlxalq təşkilatlara, o cümlədən, vəkillərin hüquqlarının müdafiəsilə məşğul olan müxtəlif qurumlara göndərilib:

"Hətta ATƏT-in Varşavadakı toplantısında bu hökmü misal gətirərək deyiblər ki, görün, Azərbaycanda vəkilləri necə bəhanələrlə Vəkillər Kollegiyasından uzaqlaşdırırlar".

Əlayif Həsənovun hüquqlarını müdafiə edən vəkil Vüqar Xasayev də kassasiya şikayətinin dəlillərini müdafiə etdi.

Qısa müşavirədən sonra hakim İmran Hacıbəyov kassasiya şikayətinin təmin olunmadığını və hökmün qüvvədə qaldığını açıqladı.

Məhkəmədən sonra Əlayif Həsənov bildirib ki, qərarı alan kimi Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcək:

"Avropa Məhkəməsinə müraciət edib, bu işə prioritet qaydada baxılmasını istəyəcəm".

Səməd Seyidov: “Bu, müstəqil dövlətin prezidentinə təzyiq deyilmi?”

VƏKİLLƏRİN "ƏL-QOLUNU BAĞLAMAQ"

Leyla Yunus

Leyla Yunus

Qeyd edək ki, bu hökmlə məhkum edildiyini əsas gətirərək, Əlayif Həsənovu Vəkillər Kollegiyasının üzvlüyündən xaric ediblər. Hüquqşünas hesab edir ki, ona qarşı məhkəmə iddiası lap əvvəldən elə bu nəticəyə hesablanmışdı:

"Bu iddia ortaya çıxan kimi artıq aydın idi ki, proses nəyə doğru gedir. Siyasi məhbusların müdafiəsində aktiv olan vəkillərin "əl-qolunu bağlamaq", onları kollegiyadan uzaqlaşdırmaq üçün bəhanələr lazım idi. Xalid Bağırovu bir bəhanə ilə uzaqlaşdırdılar, mənə qarşı da bundan istifadə olundu..."

Xatırladaq ki, Əlayif Həsənov vəkili olduğu Leyla Yunusa istinadən təcridxanada Nuriyyə Hüseynovanın hüquq müdafiəçisinə fiziki və psixoloji təzyiq göstərməsi barədə məlumat yayıb. Onun bu məlumatı "Azadlıq" qəzetində dərc olunub. Nuriyyə Hüseynova iddia edib ki, həmin yazıda yer almış "cinayətkar", "residivist" kimi ifadələrlə onun şərəf və ləyaqəti təhqir olunub. Əlayif Həsənov isə məhkəmədə bildirib ki, bu ifadələr ona məxsus deyil, redaksiyanın mövqeyidir. Bu barədə məhkəməyə redaksiyanın arayışı da təqdim olunub.

İddiaya "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin də adı daxil edilmişdi. Lakin sonradan Nuriyyə Hüseynova ondan şikayət etmək fikrindən daşındı.

Leyla Yunus dekabrın əvvəlində şərti cəzayla azadlığa buraxılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG