Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:54

Davutoglu bir daha ölkəsinə haqq qazandırdı


Ahmet Davutoglu və Aleksandar Vucic

Ahmet Davutoglu və Aleksandar Vucic

Türkiyənin baş naziri Ahmet Davutoglu bir daha Rusiya təyyarəsinin vurulmasında ölkəsinin mövqeini dəstəkləyib.

O bunu dekabrın 28-də Belqradda serbiyalı həmkarı Aleksandar Vuciclə görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında deyib.

Davutoglu qeyd edib ki, bu məsələdə bizim mövqeimiz aydındır və biz bunu müttəfiqlərimizlə bölüşmüşük.

Türkiyə Rusiya da daxil olmaqlabu barədə bütün tərəflərə məlumat verib.

Davutoğlu bir daha ölkəsinin hava mıəkanının pozulduğunu və Rusiya təyyarəsinin 3 dəfə edilən xəbərdarlığa məhəl qoymadığını bildirib.

O Serbiyanın Türkiyə və Rusiyanın dostu olduğunu bildirib.

Vucic deyib ki, Belqrad Ankara ilə Moskva arasındakı problemin yaxşı yolla həllini istəyir və Serbiya bunu alqışlayacaq.

Qeyd edək ki, Türkiyənin noyabrın 24-də Suriya sərhədində Rusiyanın SU-24 təyyarəsinivurmasından sonra iki ölkə arasındakı münasibətlər kəskin pisləşib.

Rusiya buna görə Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib və Ankara ilə birgə layihələri dayandırıb.

Rusiya prezidenti Vladimir Putin dekabrın 28-də Türkiyəyə qarşı sanksiyaların genişləndirilməsi ilə bağlı fərman imzalayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG