Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:35

Moldovada baş nazirliyə namizəd Ion Sturza hökumətin korrupsiyadan təmizlənəcəyini vəd edib.

O dekabrın 28-də Kşinauda jurnalistlərə bildirib ki, ölkə banklarından 1 milyard dolların yoxa çıxmasına görə cavabdeh olanların məsuliyyətə cəlb ediləcəklərini bildirib: “Bilirik kimlər günahkardır. Onlar uzun illərdir ki, ölkəni talan edirlər. Mən bu pulların geri qaytarılması üçün səylərimi əsirkəməyəcəm”-deyə o bildirib.

Qeyd edək ki, bu qalmaqal bu ilin yazında ölkədə kütləvi etiraz aksiyaları və iki baş nazirin istefasına səbəb oldu.

Sturza 1999-cu ildə baş nazir olub və bu il dekabrın 21-də yenidən onun bu vəzifəyə namizədliyi verilib.

O bu günlərdə bildirib ki, yeni kabinet siyasətə bağlı olmayan peşəkarlardan təşkil ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG