Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:56

-

Dekabrın 30-da Bakıda və Abşeron yarımadasında hava axşamdan başlayaraq kəskin dəyişəcək. Arabir yağıntılı olacaq.

Dekabrın 31-dən bəzi yerlərdə sulu qara, qara keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin
məlumatına görə, güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Bu cür hava yanvarın 3-dək davam edəcək.

Azərbaycanın rayonlarında da dekabrın 30-dan fasilələrlə yağış, sulu qar, qar yağacaq. Temperatur ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Ayrı-ayrı yerlərdə güclü qərb küləyi əsəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Qeyri-sabit hava şəraiti yanvarın 4-ə qədər davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG