Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:10

-

Gələn ay müxalifət lideri Boris Nemtsov-un qətlinə görə 5 nəfərə ittiham irəli sürüləcək. Bunu Rusiyanın baş istintaq komitəsi dekabrın 29-da bildirib.

Komitənin məlumatında deyilir ki, 5 çeçenə yanvarda yekun ittiham veriləcək.

Nemtsov fevralın 27-də Kremlin yaxınlığında güllələnib.

Həmin 5 nəfər Zaur Dadayev, Anzor Gubashev, Khamzat Bakhayev, Shadid Gubashev və Temirlan Eskerkhanov-dur.

Komitə bildirir ki, cinayətin təşkilində şübhəli bilinən Ruslan Mukhudinov hələ saxlanmayıb. O, Çeçenistan lideri Ramzan Kadyrov-un təhlükəsizlik qüvvələrinin rəsmisidir.

Ancaq Nemtsov ailəsinin vəkili qətlin sifarişinin Mukhudinov-dan gəldiyini şübhə altına alıb.

Vadim Prokhorov dekabrın 29-da Interfax-a deyib ki, Mukhudirov “zəncirin lap dibində duran təşkilatçıdır”. Vəkil sifarişin “yüksək çinli şəxslər tərəfindən verildiyini” deyib, ancaq detallara varmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG