Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:42

Xəstəxanalar özəlləşdirilə bilər


Əli Əhmədov
Əli Əhmədov

-

Azərbaycanda bütün dövlət tibb müəssisələri olmasa da, onların əhəmiyyətli bir hissəsinin özəlləşdiriləcəyi gözlənilir.

Bunu Trend-ə baş naziri müavini, YAP-ın icra katibi Əli Əhmədov deyib: «İngiltərədə səhiyyə xidmətinin göstərilməsi və maliyyələşdirilməsi bütünlüklə dövlətin nəzarətindədir. Xəstəxanalar da dövlət xəstəxanalarıdır. Amma başqa ölkələrdə səhiyyə müəssisələri ya bütünlüklə özəlləşdirilib, ya da hər iki forma var. Hesab edirəm ki, Azərbaycanda da müəyyən müddət qarışıq forma fəaliyyət göstərəcək».

Ə.Əhmədov deyib ki, Azərbaycan bu dövlət müəssisələrinə həddindən artıq çox maliyyə sərf etdiyindən, onların satışa çıxarılması o qədər real görünmür. Müəssisələrin əksəriyyəti təmir, yeni avadanlıqlarla təchiz edildiyindən onlar kifayət qədər baha qiymətə satılmalıdır. Buna görə də bu müəssisələr ən azından amortizasiya dövrü keçənə qədər dövlət müəssisəsi olaraq qalacaqlar:

«Güman edirəm ki, gələcəkdə bu müəssisələrin yenidən qurulması məsələsi ortaya çıxanda, Azərbaycan dövləti də bir çox ölkələrin, o cümlədən qonşu ölkələrin praktikasına uyğun şəkildə - əlbəttə, bütün dövlət tibb müəssisələri olmasa da, əhəmiyyətli bir hissəsini özəl sektora vermək haqqında qərar çıxaracaq. Amma bu, gələcəyin işidir».

XS
SM
MD
LG