Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:24

-

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ilə əlaqədar bayram gecəsi Bakı Metropoliteni gücləndirilmiş iş rejimində çalışacaq.

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin AzadlıqRadiosina verdiyi məlumata görə, hər il olduğu kimi, bu il də dekabrın 31-də qatarlar adi günlərdən fərqli olaraq 1 saat çox işləyəcəklər.

Nəsimi Paşayev deyib ki, Bulvarda gecə 12-də atəşfəşanlıq olacaq deyə
1 saat artıq işləyəcəyəklər ki, insanlar metrodan rahat istifadə edə bilsinlər:

"Təbii ki, sərnişinlərin sayı çox olarsa, bir az da artıq işləyəcəyik".

Günün bütün mövzuları

XS
SM
MD
LG