Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:15

-

Dekabrın 28-də Sankt Peterburqda insan haqları fəalları Ukrayna konsulluğuna gəlib, gənc fəal Vlad Kolesnikovu gül dəstələri ilə anıb.

Kolesnikov Ukrayna ilə müharibəyə qarşı çıxırdı. O, dekabrın 25-də Samara vilayətinin Jiqulevsk şəhərində intihar edib. Ancaq konsulluğa gələn fəallar onun intihar həddinə çatdırıldığını düşünürlər.

18 yaşlı fəal və bloqqer Vlad Kolesnikov Ukrayna bayrağı və «Krımı qaytar!» yazılmış köynəkdə dərsə gədikdən sonra məşhurlaşəb. O, təhsil aldığı müəssisədə antihərb şüarı da səsləndirib. Bu insidentdən sonra Vlad Kolesnikov texnikumdan çıxarılıb. Onunla xüsusi xidmət orqanları maraqlanıb, polis Ukrayna bayrağı olan köynəyi haradan aldığını öyrənməyə çalışıb.

Putin tərəfdarı babası oğlanı atasının yanına, Jiqulevsk şəhərinə yollayıb O, Jiqulevskdə qohumları ilə ümumi dil tapa bilmədiyini, yaşıdlarının rəftarından bezdiyini deyirdi.

Kolesnikov dekabrın 23-də öldürücü dozada dərman qəbul edib. Polis bildirib ki, onu xilas etmək mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG