Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:17

-

Dekabrın 28-də Monteneqronun baş naziri Milo Djukanovic hökumətinə etimad səsverməsi təyin edib. Səbəb onun NATO-ya qoşulmaq səylərinə etirazlardır.

“Hökumətə parlament dəstəyinin olun-olmaması məsələsi yaranıb”, o, Podroritsada jurnalistlərə deyib. Baş nazir inandığını bildirib ki, NATO-ya qoşulmaq ölkənin maraqlarına cavab verir.

Müxalifət Djukanovic-in istefasına çağırır, seçki tələbilə küçələrə çıxan minlərlə etirazçı da polislə toqquşub.

Gələn ilin əvvəlində baş nazir parlamentin dəstəyini qazana bilməsə, yeni seçkilər keçirilməli və yeni hökumət formalaşanadək o, vəzifədə qalmalıdır.

Djukanovic 1991-ci ildən 650 min əhalisi olan Monteneqroya rəhbərlik edir. uayın əvvəlində NATO bu ölkəni üzvlüyə dəvət edib.

Monteneqro 2006-cı ildə Serbiyadan ayrılıb, ancaq güclü serb icması var. Rusiyaya bağlı həmin icma NATO-ya üzvlüyə qarşı çıxır.

Günün bütün mövzuları

XS
SM
MD
LG