Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:10

-

Vaşinqton bildirir ki, dekabrın 28-də 11 min kiloqramlıq az zənginləşdirilmiş uran materialları daşıyan gəmi İrandan Rusiyaya yola düşüb. Bu, İranın yekun nüvə sazişi çərçivəsində öhdəliklərini yerinə yetirməsi istiqamətində böyük addımdır.

ABŞ Dövlət katibi John Kerry deyib ki, bu yükə 20 faizədək zənginləşdirilmiş bütün nüvə materialı daxildir və bu, “mühüm addımdır”.

İyulun 14-də dünyanın böyük dövlətləri ilə əldə olunmuş saziş az zənginləşdirilmiş uranı ölkədən çıxarmalıdır. Təkcə 300 kiloqramlıq ehtiyat uran bura daxil deyil.

Saziş həmçinin İranın uran zənginləşdirilməsində istifadə olunan sentrifuqaların kəskin azaldılmasını nəzərdə tutur.

Bütün bunlara əməl olunacağı halda İrana beynəlxalq sanksiyaların qaldırılması nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG