Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:19

Vaşinqtondan Ramadi açıqlaması


Ramadinin mərkəzində hökumət qüvvələri

Ramadinin mərkəzində hökumət qüvvələri

-

Birləşmiş Ştatlar İraq qüvvələrinin Ramadi şəhərinin alınması yönündə irəliləyişini alqışlayıb. İraq rəsmiləri dekabrın 28-də elan ediblər ki, şəhəri İslam Dövləti (İD) yaraqlılarından geri alıblar.

ABŞ-ın Müdafiə naziri Ash Carter deyib ki, “İD-nin İraq təhlükəsizlik qüvvələri tərəfindən çıxarılması bu barbar qrupun məhv edilməsi yönündə vacib addımdır”.

İraq dövlət televiziyası hökumət qüvvələrinin əsas hökumət binaları kompleksi üzərində milli bayraq qaldırdığını göstərib. Hökumətyönlü döyüşçülər isə küçələrdə parad keçirib.

Briqada generalı Yahya Rasul Ramadinin azad olunduğunu bildirsə də, digər komandir Ismail al-Mahlawi şəhərin alındığını deməyin tez olduğunu söyləyib. “Hələ də onların nəzarətində olan məhəllələr var”, o bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG