Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:27

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı əlavə sanksiyalar tətbiq edilməsi ilə bağlı fərman imzalayıb.

Bu barədə dekabrın 28-də Kremlin mətbuat xidməti məlumat yayıb.

Yeni tədbirlərdə Türkiyə vətəndaşlarının nəzarətində olan şirkət və təşkilatlara qarşı məhdudiyyətlər nəzərdə tutulur.

Qeyd edək ki, Rusiya bundan əvvəl Türkiyəyə qarşı bir sıra iqtisadi sanksiyalar tətbiq edib, Söhbət Türkiyədən bir sıra məhsulların idxalı və çarter reyslərin dayandırılması, habelə vizasız gediş-gəlişin ləğvindən gedir.

Moskva həmçinin Ankara ilə birgə layihələri dayandırıb.

Türkiyənin noyabrın 24-də Suriya sərhədi yaxınlığında Rusiyanın SU-24 təyyarəsini vurmasından sonra iki ölkə arasındakı münasibətlər kəskin pisləşib.

Günün bütün mövzuları

XS
SM
MD
LG