Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:00

Mərkəzi Bank bildirib ki, "Naxçıvanbank"ın atdığı addımı digər banklardan da tələb etmək populizm olardı.

APA-nın məlumatına görə, bank bildirirb ki,“Naxçıvanbank”da xarici valyuta ilə kredit portfeli cəmi 934 min ABŞ dollardır və 370 nəfəri əhatə edir.

Bu kreditlərin dollara nisbətdə 1,05 manatlaqaytarılması nəticəsində 420 min manat zərər dəyir və bu böyük vəsait olmadığından “Naxçıvanbank” ın bunu öz hesabına doldurması mümkün görünür.

Ölkə miqyasında isə əhaliyə xarici valyuta ilə verilmiş kreditlərin həcmi 2 mlrd. dollardır və bu böyük məbləğdir.

Bankın məlumatında bildirilir ki, bir sıra kütləvi informasiya vasitələrinin digər bankları da populistcədinə belə bir addım atmağa çağırmaları bankların maliyyə vəziyyətini pisləşdirə və ilk növbədə əhalinin əmanətləri üçün təhlükə yaradar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG