Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:15

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar Azərbaycan polisi gücləndirilmiş iş rejimində işləyəcək.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin bütün orqanları ictimai asayiş və təhlükəsizliyin təmin edilməsi üçün bayram ərəfəsi və bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq. Bayram şənliklərininkeçirildiyi və insanların gur olduğu yerlərdə polis naryadlarının sayı artırılacaq.

Həmçinin Dövlət Yol Polisinə bayram günlərində bütün yollarda təhlükəsizliyin təmin edilməsi tapşırılıb.

XS
SM
MD
LG