Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:29

Polşa prezidenti Andrzej Duda Konstitusiya trubunalı haqda qanuna düzəlişləri təsdiqləyib.

Düzəlişlərdə tribunal üzvlərinin sayı və qərar vermə qaydalarının dəyişdirilməsi nəzərdə tutulur.

Belə ki, indən belə 15 hakimidən ibarət tribunl adi səs çoxluğu ilə yox 2/3 səs çoxluğu ilə qərar verə biləcək.

Bundan başqa iclasda azı 13 hakim iştirak etməlidir.

Buna qarşı çıxan müxalifət hesab edir ki, qərar konstitusiya məhkəməsinin işini əngəlləyir.

Müxalifət deyir ki, hakim “Qanun və Ədalət” partiyası bununla tribunalın qərarına təsir etmək imkanı qazanır.

Bundan başqa müxalifət deyir ki, bu qərar Tribunalı, parlamentdə çoxluq təşkil edən hakim partiyanın bu yaxınlarda təyin elədiyi 5 hakimi öz sıralarına qatmağa məcbur edir.

Düzəlişləri bu ilin oktyabrında keçirilən parlament seçkilərində qalib gələn hakim partiya hazırlayıb.

Avropa Komissiyası yeni qaydalardan narahatlıq bildirib və onların tətbiqinin təxirə salınmasını tələb edib.

Komissiya hesab edir ki, bu polşada demokratiyanı əngəlləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG