Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:28

ATƏT-in müşahidəçiləri dekabrın 27-də müşahidəçilər missiyasının Donetsk vilayətində atəşə tutulmasına görə rusiyapərəst separatçıları günahlandırıb.

Bu barədə dekabrın 28-də “Ukrainskaya Pravda” qəzeti məlumat yayıb.

Təşkilatın yaydığı məlumata görə,atəş təxminən 150-200 metrlikdən açılıb ki, həmin ərazi Ukrayna ordusunun nəzarətindən kənarda olduğuna görə bunu yalnız separatçılar edə bilər.

Separatçııların lideri Eduard Basurin də həmin vaxt müşahidəçilərlə bir yerdə olub.

İnsidentdən sonra o atəşin Ukrayna tərəfindən açıqldığını bəyan edib.

Kiyev isə bu məlumatı təkzib edib və bunu təxribatçılıq adlandırıb.

Xəsarət alan olmayıb.

Ötən ilin aprelindən Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən toqquşmalarda 9 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG