Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 20:00

Tanınmış keçmiş futbolçu Maşallah Əhmədovun şikayəti təmin olunmayıb.

Qol.az-ın məlumatına görə, Apellyasiya məhkəməsi dekabrın 28-də Binəqədi Rayon Məhkəməsinin onun barəsində çıxardığı 3 aylıq həbs-qətimkan tədbirini qüvvədə saxlayıb.

Maşallah Əhmədov dekabrın 14-dəsaxlanılıb, dələduzluqda, bir neçə nəfərin 150 min manatdan çox vəsaitini mənimsəməkdə ittiham olunur.

Maşallah Əhmədov 1977-ci ildən "Neftçi" klubunda oynayıb.

1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi işləyib.

2008-ci ilin dekabrından isə tanınmış futbolçu İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG