Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:40

Türkiyənin baş naziri Ahmet Davutoglu kürdpərəst “Xalq Demokrat Partiyası”ı ilə danışıqlara ehtiyac görmür.

Qeyd edək ki, partiyanın lideri Demirtaş bu yaxınlarda Moskvaya səfəri zamanı Türkiyənin noyabrın 24-də Suriya sərhədi yaxınlığında Rusiyanın hərbi təyyarəsini vurmasını pisləyib.

Davutoglu bunu satqınçılıq adlandırıb.

Baş nazir dekabrın 28-də İstanbulda keçirdiyi mətbuat konfransında konstitusiya düzəlişləri ilə bağlı Demirtaşla danışıqlqarın mümkünlüyünü istisna edib.

Davuroglu bundan əvvəl müxalifət partiyalarını konstitusiya düzəlişləri ilə bağlı dialoqa çağırıb.

Hakim “Ədalət və İnkişaf Partiyası” icra sisteminin prezidentə keçməsinə cəhd göstərir.

Qeyd edək ki, Türkiyənin Surya sərhədi yaxınlığında Rusiyanın SU-24 təyyarəsini vurmasından sonra iki ölkə arasındakı münasibətlər kəskin pisləşib.

Rusiya buna görə Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib, onunla birgə layihələrdən çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG