Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:41

"Yazıçılar Birliyinin büdcəsi 50 faiz azaldılır"


Emin Piri AYB-nin binasında kitabını imzalayır
Emin Piri AYB-nin binasında kitabını imzalayır

-

Mətbuatda "AYB-nin büdcəsi azaldılır" başlıqlı yazı çıxıb.Orada deyilir ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) büdəcəsinin 50 faizə qədər azaldılması və işçilərin 25-30 faizinin ixtisarı gözlənilir.

AYB üzvü, Gənc Ədiblər Məktəbinin katibi olmuş Emin Piri deyib ki, vəziyyətdən çıxış yolu kimi təkliflər paketi hazırlayıb.
Emin Piri: "İndiki kritik vəziyyətdə daha əlverişli variantlar düşünmək lazımdır. Həmişə ətrafında alıcı olan AYB-nin binasını satmaq daha məqsədə uyğundur. Əvvəla, mərkəzdə yerləşir. Almaq üçün və ya başqa qurumun balansına keçirmək üçün müəyyən təkliflər həmişə olub. İndi əsl məqamıdır, deyərdim.
AYB-nin bunasını büdcəsi daha yaxşı olan digər dövlət qurumun balansına vermək və ya hansısa tenderlə satmaq mümkündür. Əldə olan gəlirlə hazırki binadan daha komfortlu və geniş bina tikmək olar. Eyni zamanda əldə olunan gəlirlə 100 gənc yazarı işlə təmin etmək mümkündür. Bunu etmək elə də çətin deyil.
AYB-nin binası Qarabağ deyil ki, hanısa qurumun balansına verilməsi qeyrət-namus məsləsi sayılsın. Ucuz xatirələr naminə gəncliyi işsiz qoymaq lazım deyil. Əksinə, belə etdikdə gənclərdə dövlətə qarşı nifrət toxumu səpilmiş olur.
Bu tip nostalji xatirələrdənsə gəncliyin işlə təmin edilməsi, bir tikə çörək qazana bilməsi ədəbiyyat adına daha şərəfli sayılmalıdır.
Bu məsələni ictimailəşdirib şəffaf formada həllinə nail olmaq laızmdır."

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG