Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:24

-

Suriyanın qərbində hökumət qüvvələrinin mühasirəyə aldığı şəhərlərdən sünni üsyançılar evakuasiya olunur. Yüzlərlə şiə ailəsi də üsyançıların tutduğu şəhərlərdən çıxarılacaq. Bu mübadilə BMT-nin vasitəçiliyi ilə həyata keçirilir.

Livanla sərhəddəki Zabadani şəhərindən sünni döyüşçülər çıxarılıb avtobusla Beyruta aparılır. Oradan Türkiyəyə gedəcəklər, daha sonra Suriyanın üsyançıların əlində olan hissəsinə keçə bilərlər.

İdlib şəhərindən 300-dək şiə ailəsi isə Türkiyəyə, oradan da Beyruta aparılacaq. Bu ailələr daha sonra Suriyanın hökumətin nəzarətində olan hissəsinə keçə biləcək.

BMT və bəzi dövlətlər Suriyada atəşkəsə nail olmaq, vətəndaş müharibəsinə son qoymağa çalışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG