Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:06

-

Zəif neft bazarının 2016-cı ildə nisbətən canlanması gözlənilir ki, bu da neft istehsal edən ölkələrin valyutalarını dirçəldə bilər.

Bunu CNBC təhlilçilərə istinadla yazır.

«Neft bazarı aşırı təchiz olunub və qısa perspektivdə durum yaxşı görünmür. Ancaq ilin ikinci yarısında dirçəlmə baş verə bilər», - «UBS Wealth Management» şirkətindən Dominic Schnider deyir.

Qiymət artımı neft ölkələrinin valyutalarında da artıma səbəb olacaq. ABŞ iqtisadiyyatına sıx bağlı Kanada dollarında da belə bir yüksəliş gözlənilir. Bu il Kanada dolları ABŞ dollarına nisbətən20 faiz düşüb. Bu arada neft də 40 faizədək enib.

Hazırda WTI və «Brent» markalı neftin barreli 38 dollar civarında var-gəl edir. Neftin qiymətində dirçəlməni təkcə UBS-dən Schnider gözləmir.

«Yaxın Şərqdə çoxlu müharibələr gedir; təkcə Şimali Amerikada neft buruqlarının sayı ildən-ilə 60 faiz düşür – yəni ortaya çox imkanlar çıxacaq» - Nyu-Yorkda «Battery Park Capital»ın baş investisiya rəsmisi Bill Smith deyir. Onun fikrincə, tələb də artacaq və neftin qiymətini tez, ya da gec yüksəldəcək.

Ancaq təhlilçilərdən heç biri qiymət proqnozunu açıqlamayıb. CNBC yazır ki, bu baş versə belə, heç də bütün istehsalçıların valyutasına fayda gətirməyəcək. Məsələn, Avstraliya valyutasına təsir göstərən əngəllər çoxdur, özəlliklə də mədən sektorunda.

Dollar

Dollar

DOLLAR İLİ İNİLTİYLƏ BAŞA VURUR

«Dollar 2015-ci ili inilti içində başa vurmaqdadır, belə ki, bu ay əsas rəqiblərinə nisbətən zəifləyir və gələn il üçün də hər hansı irəliləyiş görünmür». Bunu «Daily Herald» yazır.

Bu ay dolların məzənnəsi iyundan bəri ən pis həddə düşüb, Federal Rezerv Sisteminin (FED) birinci rübdə də uçot dərəcəsini qaldıracağı bildirilir. FED uçot dərəcəsini qaldırandan bəri ən çox İsveç kronu və Yeni Zelandiya dolları qazanıb. Britaniya funtu və Kanada dolları isə itirir.

«Bloomberg Dollar Spot» İndeksi bu ay 0.5 faiz düşüb. Bu indeks ABŞ valyutasının 10 xarici valyutaya qarşı məzənnəsini izləyir.

Yazıda qeyd olunur ki, FED-in 15-16 mart iclasında uçot dərəcəsini yenidən qaldırma ehtimalı 48 faiz qiymətləndirilir. 26-27 aprel tarixli iclasında bunun mümkünlüyü isə 53 faizdir.

Yaponiya

Yaponiya

DOLLAR 2 AYDAN SONRA YAPON YENİNƏ QARŞI BAHALANIR

Bazar ertəsi dollar yapon yeninə nisbətən bahalanıb. Səbəb isə Milad bayramıdır. Avstraliya və Avropanın çox hissəsində bazar ertəsi də bəzi bazarlar bağlıdır.

«Reuters»in məlumatına görə, bir dollar 120.42 yen olub. Ötən cümə dollar 120.05 yenə düşmüşdü. Bu, ABŞ dollarının il ərzində yenə qarşı 0.6 faiz qalxması, bu ay isə 2 faizlik düşüşü deməkdir.

Bu arada Hindistan rupisi dollara qarşı bahalanıb. «Economic Times» Nyu Dehlidən yazır ki, bazar ertəsi bir dollar 66.10 rupiyə bərabərləşib. Ötən cümə axşamı 66.21 idi.

Tayvan dolları 0.59 faiz, Koreya vonu, Filippin pesosu və Malayziya ringgiti 0.14, 0.13 və 0.10 faiz irəliləyib.

Ancaq bəzi ekspertlər Asiya valyutalarının Yeni il ərəfəsində zəif olaraq qaldığını söyləyir. «Çin yuanı ABŞ dollarına nisbətən oynadıqca, Asiya valyutalarının yeni yaranan bazarların valyutalarına nisbətən daha çox zəifləyəcəyini gözləyirik», «Societe Generale» şirkətindən Frank Benzimra deyib.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube kanalından izləyin

Günün bütün mövzuları

XS
SM
MD
LG