Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:51

Taliban Rusiya danışıqlarını yalanlayır


Əfqan təhlükəsizlik qüvvələri Talibana qarşı əməliyyat zamanı, arxiv fotosu

Əfqan təhlükəsizlik qüvvələri Talibana qarşı əməliyyat zamanı, arxiv fotosu

-

Taliban Əfqanıstanda İslam Dövləti (İD) yaraqlıları ilə mübarizə məqsədilə Rusiya rəsmiləri ilə danışıqlar aparmadığını deyir. Britaniya qəzeti Prezident Vladimir Putin-in bu ilin əvvəlində bu qruplaşmanın liderilə görüşdüyünü yazırdı.

Putin-in Əfqanıstanda xüsusi elçisi Zamir Kabulov dekabrın 23-də Interfax-a demişdi ki, Moskva Talibanla informasiya mübadiləsi üçün kommunikasiya kanalları yaradıb. Kabulov Rusiya Əfqanıstandakı maraqlarının İD-ə qarşı savaşan Talibanla üst-üstə düşdüyünü bildirirdi.

“Daesh-lə bağlı kimsədən yardım almağa ehtiyac görmürük, bu məsələyə dair heç kəslə əlaqə saxlamamışıq və ya danışıq aparmamışıq”, Taliban vebsaytında ingiliscə yaydığı bəyanatda bildirib. Daesh İD-nin ərəbcə adıdır.

Britaniyanın Sunday Times qəzeti dekabrın 27-də adıçəkilməyən Taliban komandirinə istinadla yazıb ki, Putinlə Taliban lideri Molla Akhtar Mansur sentyabrda Tacikistanda hərbi bazada görüşüb İD-ə qarşı mümkün əməkdaşlığı müzakirə ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG