Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:27

Suriyalı jurnalist Türkiyədə güllələndi


Suriyada vətəndaş müharibəsinin qurbanları artmaqdadır

Suriyada vətəndaş müharibəsinin qurbanları artmaqdadır

-

Dekabrın 27-də Türkiyədə suriyalı jurnalist və fəal güllələnib. O, bu yaxınlarda İslam Dövləti (İD) yaraqlılarına qarşı bir sənədli film hazırlamışdı.

İki uşaq atası olan rejissor Naji Jerf bazar günü Qaziantepdə öldürülüb. Bu barədə onun əməkdaşlıq etdiyi qrup tvitterdə yazdığı bəyanatda bildirib.

Jerf-in hazırladığı filmdə İD ekstremist qrupunun Suriyanın şimalındakı Hələb şəhərində törətdiyi pozuntulardan bəhs olunur. O, həmçinin Suriyada yayılan Hentah aylıq jurnalının baş redaktoru idi.

Frans Pres Jerf-in dostuna istinadla yazır ki, jurnalist “bu həftə Parisə gəlməliydi, ailəsi ilə Fransada sığınacaq üçün viza almışdı”.

İD yaraqlılarına qarşı çıxan suriyalıların Türkiyədə öldürülməsi ilk dəfə deyil. Oktyabrda Şanlıurfada tanınmış suriyalı fəalın və dostunun ölümünə görə də bu qruplaşma məsuliyyəti üzərinə götürmüşdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG