Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:36

-

İran prezidenti Hassan Rohani deyir ki, müsəlmanlar dinlərinin İslam Dövləti kimi ekstremist qrupların korladığı imicini yaxşılaşdırmalıdır.

Rohani dekabrın 27-də Tehranda İslam konfransından danışıb, deyib ki, “bu gün dünya ictimai rəyində İslamın imicinə korrektə etmək ən böyük vəzifəmizdir”.

“Heç ağlımıza gələrdi ki, düşmənlər deyil, İslam dünyasında İslam dilində danışan kiçik bir qrup bu dini qətl, zorakılıq, ədalətsizlik dini kimi təqdim edər?” Rohani-nin sözlərini dövlət televiziyası yayımlayıb.

O, müsəlman ölkələrini Suriya, İraq və Yəməndə “qətllər törədilməsinə, qanlar axıdılmasına baxmayaraq”, susduqlarına görə tənqid edib.

İran Suriya prezidenti Bashar al-Assad hökumətini dəstəkləyir və Yəməndə də hökumətə qarşı savaşan husi yaraqlılarının müttəfiqidir.

Rohani Səudiyyə Ərəbistanını husi yaraqlılarını bombalamaqla və Suriyada Assad-la vuruşan üsyançıları dəstəkləməklə yoxsulluq və terrorçuluğu çiçəkləndirdiyini qeyd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG