Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:45

​İŞİD Ramadidə mərkəzdən çıxarılır


İraq qüvvələri Ramadinin mərkəzində, 27 dekabr, 2015-ci il

İraq qüvvələri Ramadinin mərkəzində, 27 dekabr, 2015-ci il

-

İraq rəsmiləri bildirir ki, təhlükəsizlik qüvvələri Ramadidə hökumət binalarının yerləşdiyi kompleksini nəzarətə götürüb. Bu kompleks İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının əsas istehkamı sayılırdı.

“Bu kompleksə nəzarət həmçinin onların Ramadidə məğlub olması deməkdir”, bunu hökumət qüvvələrinin sözçüsü Sabah al-Numani dekabrın 27-də Reuters agentliyinə deyib. “Kompleks tam nəzarətimiz altındadır”.

İraq qüvvələrinin qələbəsi o deməkdir ki, Ramadi hökumətin Tikritdən sonra geri aldığı ikinci şəhərdir. Bu, hökumətin mövqeyini gücləndirir. İŞİD hazırda İraqın ikinci böyük şəhəri olan Mosula da nəzarət edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG