Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:05

Azərbaycan Tacikistana yardım göndərib


Dekabrın 27-də Azərbaycan Tacikistanda baş verən zəlzələ ilə bağlı bu ölkəyə yardım göndərib. Yardım bərə ilə yola salınıb. Xəbəri Fövqəladə Hallar Nazirliyinin saytı yayıb.

11 yük maşınından ibarət və ümumi dəyəri 800 min manat olan humanitar yardıma 9.5 ton qənd, 9.5 ton şəkər tozu, 15 ton düyü, 3 ton çay, 16 tondan artıq bitki yağı, 19 ton un, 19 ton makaron, 18 tondan artıq vermeşil, 2000 ədəd yataq dəsti (yastıq, ədyal, döşək ağı dəsti), 50 ədəd generator, 110 ədəd çadır, 6000 kv m dam örtüyü (dəmir şifer) və 30 kub m taxta daxildir.

Dekabrln 7-də Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində 6,7 bal gücündə zəlzələ olub.

Zəlzələ nəticəsində yüzlərlə ev dağılıb, onlarla adam xəsarət alıb.

XS
SM
MD
LG