Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:37

Malaziyada ölkənin ilk islami hava yolu şirkəti - Rayani Air artıq uçuşlara başlayıb. Şirkətin ilk uçuşunda sərnişinlərə halal qida verilib. Alkoqollu içkilər isə təklif edilməyib.

Yeni hava yolu şirkətinin 5 özəl xüsusiyyəti var:

1- Şirkət Şəriətə uyğun olduğunu bildirir

Bu, şəriət qanunlarına meyilli hava yolu mənası verir. Menyu halal qidalardan ibarətdir. Təyyarə havaya qalxmazdan əvvəl isə dua oxunur.

Müsəlman qadın stüardessalar hicablı olmalıdır. Müsəlman olmayan əməkdaşlar da “düzgün geyinməlidirlər”.

Hava yolu şirkəti donuz məhsulları, alkoqollu içkilər alınmasına icazə vermir. Ancaq bu qadağanın sərnişinlərin baqajlarına və ya duty-free alış-verişlərinə də aid olub-olmadığı dəqiqləşməyib.

2- Dünyada tək islami hava şirkəti deyil

Bəzi müsəlman ölkələrində şəriətə uyğun menyuləri və qaydaları olan hava yolları şirkətləri var. Bruney Krallığı, Səudiyyə Ərəbistanı və İran hava yolları şirkəti bunlardandır.

Bloomberg saytı yazır ki, gələn il Cənubi Asiyaya uçuşlara başlayacaq Firnas Hava Yolu şirkəti də alkoqolu qadağan edir və halal menyu təklif edir. Şirkətin baş ofisi Londonda yerləşir. Şirkət həm də faizsiz maliyyə sisteminə uyğun fəaliyyət göstərir.

3- Sahiblərinin müsəlman olmadığı deyilir

Hind mediası bildirir ki, Rayani Air hava şirkətinin qurucusu Ravi Alagendrran və həyat yoldaşı Karthiyani Govindan hindlidir.

The Malay Mail qəzetinə danışan Alagendrran deyib ki, artan müsəlman sərnişinlərin bazarından faydalanmaq üçün bu hava yolu şirkətini qurub. Alagendrran deyib ki, bu ayrıseçkillə bağlı olan bir mövzu deyil: “Xudmani və alkaqolsuz bir şəraitdə səyahət etmək istəyən hər kəs özünü evindəki kimi hiss edəcək”.

Associated Press agentliyi isə yazır ki, bu şirkətin yaradılmasna ilham verən bir başqa amil Malaziyadakı mühafizəkar müsəlmanlardır. Mühafizəkar müsəlmanlar hesab edir ki, Malaziya hava yollarına aid MH370 təyyarəsinin itməsi və MH17 təyyarəsinin vurulması "Allahın qəzəbindən qaynaqlanır”.

4- Şirkət adını sahiblərindən alıb

Şirkətin adı İrlandiyanın hava yolu şirkəti olan “RyanAir”-i də xatırladır.Ancaq Rayani Airin adının sahiblərinin Ravi və Karthiyaninın adlarının birləşməsindən yarandığı bildirilir.

5- Şirkətin hədəfi genişlənməkdir

Rayani indilik ancaq paytaxt t Kuala Lumpur və Kota Bahru şəhərinə uçur. Şirkətin 8 pilotu , 50 əməkdaşı, iki Boeing 737-400 təyyarəsi var. Təyyarələrin hər biri 180 sərnişin daşıyır.

Ancaq şirkət fəaliyyətini genişləndirməyi planlaşdırır. New Straits Times qəzeti yazır ki, şirkətin bir məqsədi də qarşıdakı illərdə zəvvarlar üçün Məkkəyə səfər təşkil etməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG