Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:39

Dərman da, müalicə də bahalandı

Virtualaz.org saytı yazır ki, manatın ucuzlaşmasından sonra dərmanların qiyməti 50 faiz artıb. Elə müalicə xərcləri də.

Sayt yazır ki, devalvasiya “Modern Hospital” klinikasının xərclərinə ciddi təsir edib. Klinikadan bildiriblər ki, başqaları kimi “Modern Hospital” da alətləri, dərmanları, plyonkaları dollarla alır. “Buna görə də manatın ucuzlaşması qiymətlərə təsir edir”.

“Turan” klinikasından isə dedilər ki, qiymət artırılarsa müayinə və ya müalicəyə gələnlərin sayı azalacaq.

“Oksigen” klinikasında da gələn ildən qiymətlərə yenidən baxıla bilər.

“Diaqnoz” tibb müəssisəsi də gələn il qiymətlərə yenidən baxılacağını istisna etmir.

Mərkəzi Klinik Xəstəxanada daxili orqanların ultrasəs müayinəsinin qiyməti artırılıb. Həkim seçimindən asılı olaraq UZİ müayinəsinin qiyməti 50-65 manat arasında dəyişir. Xəstəxanadan qiymətin 5-10 manat artırıldığını etiraf ediblər.

Vergilər Nazirliyi şadlıq evlərini ciddi nəzarətə götürüb

“Yeni Müsavat” qəzeti yazır ki, Vergilər Nazirliyi müğənnilərin vergi ödəməsi üçün silisə tədbirlərini davam etdirir.

“Xudafərin şadlıq sarayının adminstratoru yayılan məlumatı təsdiqləyib. Adminstrator bildirib ki, keçirilən ümumi iclasda tətbiq edilən yeni qaydalar barəsində şadlıq evləri və restoranların rəhbərliklərinə göstərişlər verilib. "İmperator" sarayının adminstratoru isə deyib ki, müğənnilərin vergiyə cəlb edilməsi xüsusi qayda əsasında aparılır. Bütün şadlıq evlərində olduğu kimi bizdə də xüsusis monitorlar yerləşidirilib ki, onun vasitəsilə keçirilən şənliklər barəsində nazirliyə məlumatlar ötürülür”.

Hakimiyyət sanksiyalardan qorxur

“Azadlıq” qəzeti yazır ki, Azərbaycan hakimiyyətinə sanksiyalar tətbiq edilməsi barədə ABŞ Konqresinin Helsinki Komissiyasının hazırladığı qanun layihəsi iqtidarda ciddi təşvişə səbəb olub.

“Doğrudur, hakimiyyət ABŞ-a “adekvat cavab” hazırlayıb. Milli Məclisə ABŞ-a sanksiyalar tətbiq olunması barədə qanun layihəsi təqdim edilib. Iqtidar istəməsə də, sanksiyalardan çəkinmədiyini nümayiş etdirmək məcburiyyətindədir. Lakin bununla belə bəzi hökumət nümayəndələrinin çıxışları, iqtidarın nəzarətində olan mediada yazılanlardan açıq-aydın sezilir ki, Helsinki Komissiyasının hazırladığı qanun layihəsi hakimiyyətdə ciddi qorxu yaradıb”.

Azərbaycan-Əfqanıstan əlaqələrində qarşılıqlı etimad

“Azərbaycan” qəzeti Azərbaycanla Əfqanıstanın əlaqələrindən yazır.

“Azərbaycanın əməkdaşlıq əlaqələrinin inkişafına mühüm önəm verdiyi ölkələrdən biri də Əfqanıstan İslam Respublikasıdır. Rəsmi Kabilin də Azərbaycanla əməkdaşlığa marağı təkcə ölkəmizin malik olduğu strateji coğrafi mövqe və zəngin karbohidrogen ehtiyatları ilə deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliklə fəal inteqrasiyaya söykənən dövlətçilik kursunun dönməzliyi ilə şərtlənir. Əfqanıstanın Cənubi Qafqazın ən aparıcı ölkəsi olan Azərbaycana münasibətində etimad və inamı getdikcə möhkəmlənir. İkitərəfli əməkdaşlığın dərinləşdirilməsini zəruri edən başlıca amillərdən biri də məhz ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafıdır. Qarşılıqlı ticarət dövriyyəsini artırmaq və investisiya layihələri paketi üçün çox yaxşı imkanlar mövcuddur”.

XS
SM
MD
LG