Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:26

Devalvasiya avtovağzalı da vurdu


Bir il əvvəl bu vağzal insan seli qarşında "çökürdü"

Bir il əvvəl bu vağzal insan seli qarşında "çökürdü"

Hər il yeni il öncəsi Bakı Beynəlxalq Avtovağzalı insan seli qarşısında “çökür”. Ancaq bu dəfə tam başqa cür oldu.

Əvvəllər avtovağzalda bilet tapılmazdı...

Əvvəllər avtovağzalda bilet tapılmazdı...

Bayramdan bir neçə ay əvvəl avtovağzalın qarşısında yol çökdü və...

Sonra ikinci devalvasiya ölkəni ağuşuna aldı. Bununla Bakıya gələnlər də azaldı, paytaxtdan gedənlər də.

Əvvəllər avtovağzalda ya bilet tapılmazdı, ya da avtobus… İndi sərnişin gözə dəymir. Rayonlara gedən də az, gələn də. Avtobuslar çox zaman yarıboş yola düşür və elə də qayıdır. Kassir masasında biletlər də müştəri “həsrəti çəkir”…

Manat dəyərsizləşəndən...

Manat dəyərsizləşəndən...

… AzadlıqRadiosuna gileylənən sürücülər “üzən məzənnə”dən ayrıca gileyləndilər.

Deyirlər, manat dəyərsizləşəndən insanlar sanki qeybə çəkiliblər.

Deyirlər, giley-güzar edirlər, amma mütləq bunu da sözlərinə artırırlar: “Ötən il - bayrama beş-altı gün qalmış, adam əlindən tərpənmək olmurdu. İndi isə sakitlikdir…”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG