Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:17

«ABŞ Azərbaycan məmurlarına viza verməsə, lap yaxşı olar...»


Əli Hüseynli
Əli Hüseynli

-

«Amerika Azərbaycanla bağlı qərar qəbul edərsə, bizim də addımımız olacaq. O başqa mövzudur ki, bu, nə dərəcədə təsirli ola bilər».

ABŞ konqresmeni Chris Smith-in Azərbaycana qarşı sanksiyalar nəzərdə tutan qanun layihəsindən danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli «Report»a müsahibəsində belə deyib.

«Yəqin ki, qərarımız paralellik təşkil edəcək. ABŞ Konqresi hansı addımı atacaqsa, biz də o addımı atacağıq. Çox arzu edərdik ki, ABŞ Konqresi bunu qəbul etməsin. Ümidvarıq ki, ABŞ-da Azərbaycanla - Şərqin ilk demokratik respublikası, regionun ən güclü ölkəsi ilə davamlı əməkdaşlıq ruhunu qoruyub, inkişaf etdirmək istəyən qüvvələr daha çoxdur».

«BU, ABŞ DEYİL, ÇİN OLSAYDI…»

Əli Hüseynli Amerikanın sadə vətəndaş üçün «çox uzaq, əlçatmaz, okeanın o tayında olan» bir ölkə olduğunu deyir: «Orada az qisim azərbaycanlıların biznesi, iqtisadi maraqları var. Burada strateji əməkdaşlığı nəzərdə tutmuram. Bundan əlavə, ABŞ-da bir neçə şəxs təhsil alır. Bundan əlavə nə var ki? Sizin həyatınızda Amerika nə rol oynayır ki? Bu, ABŞ deyil, Çin olsaydı, ciddi düşünməyə dəyərdi. Türkiyə də olsaydı, ciddi düşünərdik. Sadə Azərbaycan vətəndaşının gündəlik iqtisadi, biznes, qohumluq münasibətləri baxımından deyə bilərəm ki, yaxın ölkələrlə münasibət vacibdir».

Əli Hüseynli düşünür ki, təklif edilən sanksiyalar daha çox rəsmilərə qarşı yönəlib deyə, adi vətəndaşa zərəri olmayacaq:

«Hesab edirəm ki, indi elə məqamdır ki, rəsmi şəxslər nə qədər çox Azərbaycanda olsalar, bir o qədər yaxşıdır. İstirahəti də Azərbaycanda etmək lazımdır. Əgər rəsmi, vəzifəli şəxslərə vizalar verilməzsə, ölkəmiz daha çox qazanar».

Komitə sədrinin fikrincə, ABŞ sanksiya tətbiq etdiyi ölkələr adətən inkişaf edir: «Qarşılıqlı sanksiyaların tətbiqində hansı ölkə daha çox ziyan çəkər» sualına desəm ki, ABŞ ziyan çəkər, ciddi görünməz. Deyə bilərəm ki, biz hansısa ciddi ziyan çəkməyəcəyik. ABŞ bilməlidir ki, Qafqaz regionunda, Şərq və müsəlman ölkələri arasında Türkiyə qədər ciddi partnyorunu itirə bilər».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG