Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:47

-

«Mən ailəmlə Mingəçevirdə, qardaşım Xalıqverdi isə ailəsiylə Bərdənin Nazırlı kəndində keçmiş kolxozun uçulub-dağılan tövləsində məskunlaşıb. Qardaşım da, mən də müalicəsizlikdən əziyyət çəkirik. Qardaşım 1-ci, mən 2-ci qrup əliləm. Xalıqverdi yataq xəstəsidir. Mən də tez-tez onun yanında qalmaq üçün Bərdəyə gedirəm. Yatağımız mal tövləsinin soyuq, daş döşəməsidir».

Kəlbəcər köçkünü, Qarabağ əlili Qənimət Səmədov AzadlıqRadiosunun «Qaynar xətt»inə qardaşının və özünün çətin güzəranından bəhs edir. Deyir, özü Laçın döyüşlərində yaralanıb, 22 ildir ki, gözdən əlildir və bu illər ərzində gözünün əməliyyatı, müalicəsi üçün dəfələrlə müraciət etsə də, faydası olmayıb. Qənimət Səmədov deyir, qardaşı Xalıqverdinin vəziyyəti ona öz dərdini unutdurub:

«ÖZ-ÖZÜNÜ İDARƏ EDƏ BİLMİR»

«Qardaşımgilin durumu lap pisdir. Oturduğu yerdə ağır xəstəliyə tutuldu. Hərəkətsizdir, öz-özünü idarə edə bilmir. Müalicəsi yoxdur. Yoldaşı və bir övladı var. Mən ona birtəhər, ölüm-dirimlə pensiya düzəltdirdim. 146 manat pensiyaya baxır. Dərmanları çox bahadır, köməyi yoxdur. Bu yaxınlarda Bakıya getdim, yalvar-yaxarla, yenə birtəhər onun üçün əlillik arabası yazdırmışam. Növbəyə yazdırdım, indi də xəbər gözləyirəm ki, gedib arabanı gətirim».

Qənimət Səmədov deyir, köçkün kimi mənzil, əlil kimi avtomobillə təmin olunmurlar:

«Hər şey rüşvətin başındadır. Açıq bazardır. Deyirlər, «gətir bu qədər ver, maşın verək, köçkünlər üçün tikilmiş binalardan ev verək». Qarabağ əlilləri ilə «bazarkom» dilində danışırlar».

Əlil deyir, Bərdədə əlillərə və köçkün ailələrə dörd dəfə mənzil paylanıb. Ancaq əlil ailəsi yada düşməyib. Deyir, atası da elə həmin tövlədə ağır xəstəliyə tutularaq dünyasını dəyişib.

«22 İLDİR GÖZLƏYİRƏM»

Qənimət Səmədov öz vəziyyətindən də danışır. Deyir, gözünün müalicəsi xaricdədir. 22 ildir ki, müalicə olunacağı günü gözləyir:

«Səhiyyə Nazirliyinə gedib-gəlməkdən yorulmuşam. 22 ildir gözləyirəm. 1997-ci ildə yeddi nəfər Qarabağ əlilinin arasında məni də Moskvaya müalicəyə göndərdilər. Ancaq müalicə baş tutmadı, geri qayıtdıq».

Bərdə rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildiriblər ki, 1-ci qrup əlil Xalıqverdi Səmədovun vəziyyətindən xəbərdardırlar. Onun köçkünlər üçün inşa olunan mənzillərdən biri ilə təmin olunmasına görə «Qaçqınkom»a müraciət olunub.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi isə Bərdədə növbəti dəfə inşa olunacaq mənzillərdən birini Səmədovlar ailəsinə verəcəyini vəd edib.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG